Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır.
Pravda.az xəbər verir ki, bu barədə şənbə günü Yaponiyanın "Kyodo" agentliyinə müsahibəsində BMT-nin baş katibi Antonio Quterreş bildirib.
“Hesab edirəm ki, dünyanın iki yerə bölünməsinin qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, - deyə BMT-nin baş katibi vurğulayıb.