Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

""Atam məni ona verməsə özümü öldürəcəm" haray-şüvəni nə idi?"

2 437
Paylaş:
""Atam məni ona verməsə özümü öldürəcəm" haray-şüvəni nə idi?"

“Dağılan ailələrin sayı, bu ilin  3 ayında  5118 olub. Bu isə o deməkdir ki, hər gün 56 ailə dağılır. Yəni səhər açılır, qeydiyyat şöbələrində iş başlayır və ölkə üzrə onların hər bir iş saatında 7 boşanma rəsmiləşdirilir”.

Pravda.az xəbər verir ki, bunu ekspert Eldəniz Əmirov deyib.

“Bəs "Atam məni ona verməsə özümü öldürəcəm" haray-şüvəni nə idi? Mən o qızsız qala bilmərəm şousu kimə lazım idi? 500 nəfəri yığıb, o boyda zıppıltı nə idi? Niyə millətin uşağının qarnından kəsib, restoran krallarına yedirirdin, bəs? Səadət dəbdəbə ilə, 300 nəfərlə, 500 nəfərlə olmur axı. Lütfi Zadənin toyu 1949-cu ildə Nyu Yorkda olmuşdu  Sakit bir toy oldu, Restoranda cəmi 6 nəfər olmuşdu. Bəy, gəlin və 4 valideyn. Amma onlar 73 il birlikdə sevgi içində yaşadılar...” -  ekspert əlavə edib.

Paylaş:

Ən son xəbərlər