Müğənni Rəqsanə İsmayılovanın "Youtube"da yayımlanan "Göz önündə" verilişinin bu dəfəki qonağı həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov olub.
Sənətçinin əri səmimi etirafları ilə diqqət çəkib.
İlk evliliyinin 20 il sürdüyünü söyləyən 57 yaşlı Fazil bəy bildirib ki, onların ailəsi yaxın çevrələrində hər zaman nümunə olaraq göstərilib:
"İlk evliliyim 20 il sürdü. Bu zaman çox tez gəldi keçdi. İş başımızı elə qatdı ki,... Heç bilmədim necə gəldi-getdi. Atam eşitmişdi ki, rus qızla evlənmək istəyirəm. Biz artıq bir yerdə yaşayırdıq. Sonra qızı Azərbaycana gətirdim və onu apardım atamın yaşadığı rayona. Atam qızla tanış olub, onunla söhbət etdi.
Mənə söylədi ki, dəqiq fikirləş, bu ailə həyatıdır, bu qızı da düşün. O da səni istəyir, o da kiminsə övladıdır. Yəni bu qızla gəzib, uşaq dünyaya gələndən sonra onu qoyub getmə, ortalıqda gəzmə.
Atam çox ciddi bir insan idi. Ailəmizdə atam məhz mənimlə açıq danışardı. Atam heç bir dəfə də olsun məndə nöqsan tutmayıb. Hər zaman mənə inanırdı. 20 il sürdüyüm ailə birdən-birə piramida kimi dağıldı. Aramızda dava, söz-söhbət sonralar başladı. Xoşbəxt idik, uşaqlarımızı böyüdürdük. Moskvada biz öndə olan bir ailə idik. Bizi nümunə olaraq göstərirdilər".
Rəqsanənin əri həmçinin əlavə edib ki, atası vəfat edəndə o, özü də bilmədən mikroinfarkt keçirib:
"Ailə üzvlərimi itirəndə çox üzüldüm. Atam dünyasını dəyişəndə heç özüm də bilmədən mikroinfarkt keçirdim. O, 2008-ci ildə 70 yaşında vəfat etdi. Onda mənim 44 yaşım vardı. Hər gecə ailəmi, qohum-əqrabamı düşünüb yatıram. Bu hər gün belədir".