Fransanın Marsel şəhərində gecə klubunun qarşısında baş verən atışmada azı üç nəfər ölüb.
Pravda.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Fransanın Marsel şəhərində gecə klubunun qarşısında baş verən atışmada azı üç nəfər ölüb.
Pravda.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Belə ki, naməlum şəxs avtomobildən 5 nəfərin olduğu dayanacağa "Kalaşnikov" avtomatından atəş açıb. Üç nəfər ölüb, digər ikisinin vəziyyəti isə açıqlanmır.
Hadisədən bir müddət sonra atəş açılan avtomobil yanmış halda tapılıb./Report