Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Adil Əliyev Naxçıvana getdi - FOTO

1 739
Paylaş:
Adil Əliyev Naxçıvana getdi -      FOTO

“Naxçıvan Muxtar Respublikasına səfərim zamanı Şahbuz rayonu Badamlı kəndində şəhid Səbuhi Tağıyevin 40 mərasimində iştirak edərək, şəhidimizin ailəsinə başsağlığı verdim”.

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 gün davam edən və tarixi Qələbəmizlə bitən Vətən Müharibəsindən sonra Ermənistan məğlubiyyətlə barışmır və hər addımda təxribata cəhd edir. Sonuncu belə təxribatın qarşısını alarkən şəhid olan Səbuhi Tağıyevə və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa diləyirik” – A.Əliyev əlavə edib.

A,Əliyev eyni zamanda Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəni də ziyarət edib: “Hərbi qulluqçularımızla və onların döyüş əhval-ruhiyyəsi ilə, şəraitləri ilə yaxından tanış oldum. Prezident İlham Əliyevin ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğı nəticəsində ordumuz nəinki Cənubi Qafqazın, eləcə də dünyanın ən güclü ordularından biridir. 2020-ci ildə Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, Vətənimiz əmin əllərdədir. Eşq olsun Müzəffər Ali Baş Komandana və onun rəşadətli ordusuna!”

Paylaş:

Ən son xəbərlər