Gəncədə dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 24-nə təyin edilib.
Hazırda apellyasiya şikayəti hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılır.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 7 nəfərin etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.
Kamal Məmmədov