Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Abid Qafarovun şikayətinə bu tarixdə baxılacaq

826
Paylaş:
Abid Qafarovun şikayətinə bu tarixdə baxılacaq

“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 25-nə təyin edilib.

Apellyasiya şikayəti hakim Emin Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd: Abid Qafarovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rauf Daşdəmirovun sədrliyilə keçirilən iclasda hökm çıxarılıb. Hökmə əsasən, o, 1 il müddətinə həbs edilib. Bu hökmdən məhkum narazı qalıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəməyə müraciət edən məhkum barədəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırlatma: Abid Qafarova qarşı iddia qaldıran 7 nəfər müharibə veteranı ərizəsində göstərib ki, təşkilat rəhbəri qaziləri təhqir edib, onları “müti” adlandırıb. İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər