BURADA REKLAMINIZ OLA
BİLƏR

Azyaşlının ölümünə səbəb olan keçmiş polis zabiti cəzasını yüngülləşdirmək istəyir

Bakıda ana və oğlunu vurmaqda təqsirləndirilən Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 24-nə təyin edilib.

 

Apellyasiya şikayəti hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

 

Telman Kərimov cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Hadisə ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.

 

Belə ki, Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimov idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızını və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu vurub. Nəticədə uşaq ölüb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xətai Rayon Məhkəməsinin hökmü ilə polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

 

Xatırlatma: Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi "Ford Mustang" markalı avtomobil idman avtomobilidir.

 

Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.

 

Kamal Məmmədov

Tarix: 22 May 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin