Rusiyada yüksək vəzifəli məmur rüşvət alarkən iş başında tutulub.

Pravda.az xəbər verir ki, Rusiyanın Xakasiya Respublikasının başçısının müavini Sergey Novikov saxlanılıb.

Verilən məlumata görə, o, iki milyon rubl (46 400 manat) məbləğində rüşvət alarkən həbs olunub.

Məmur tikinti şirkətinin nümayəndəsindən pul alarkən tutulub.

Faktla bağlı araşdırma başladılıb.Ölkə.az