Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib. APA-nın əldə etdiyi xəbərə görə, o, bu günlərdə cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib:
“Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq”.