“Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalının Güney azərbaycanlılarını dünyada təmsil etməsi, təbii ki, İranın siyasəti ilə düz gəlmir. Obalı Güney Azərbaycandakı soydaşlarımızın vəziyyətini, azərbaycanlıların orada çəkdiyi zülmləri, anadilli təhsildən və başqa imkanlardan, hüquqlardan məhrum olmalarını dünyaya çatdırır. Bu, İranın siyasətinə uyğun olmadığı üçün, ola bilsin, Obalının və oğlunun döyülməsində İranın əli olsun. Demirəm ki, İranın bu gün ABŞ-a əli çatır. Amma siyasət elə bir şeydir ki, hər şey ola bilir...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.