Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobuslarda cibgirlik etməkdə şübhəli bilinən şəxsin görüntülərini yayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb.