Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Küçədə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA

965
Paylaş:
Küçədə tanışını bıçaqlayan şəxsə     AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Rəvan İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2022-ci il aprelin 6-da paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, Rəvan İsmayılov küçədə münaqişə zəminində tanışı Elgiz Feyzullayevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Onun barəsində Cinayət Məclləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər