Bakıda memarlıq abidələrinə qanunsuz müdaxilə edilib.
Bu barədə Pravda.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 32, 32A, 38A və Səməd Vurğun 2 küçələrinin kəsişməsində yerləşən 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb.
Memarlıq abidəsinə müdaxilə haqqında Mədəniyyət Nazirliyinə daxil olan məlumata əsasən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsinin boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edək ki, bu bina Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istismarındadır.