BURADA REKLAMINIZ OLA
BİLƏR

Dostunu evində öldürən şəxs: “Söyüş söydü, bıçaqladım” - VİDEO

Sumqayıt şəhərində qətl törətməkdə təqsirləndirilən Elnur Əsədullayevin cinayət işi üzrə istintaq ifadəsi məlum olub.

 

Pravda.az xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş Kamal Əliyevlə uzun illər dostluq edib.

 

Son zamanlar Kamal onun və ailə üzvlərinin barəsində nalayiq ifadələr işlədib. Elnur da ona bununla bağlı əvvəllər iradını bildirsə də, dostu nəticə çıxarmayıb.

 

Kamal Əliyev hadisədən öncə yenidən təqsirləndirilən şəxsi və onun ailə üzvlərinin barəsində nalayiq ifadələr işlədib. Daha sonra Elnur dostundan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib.

 

Təqsirləndirilən şəxs bu məqsədlə 17 iyul 2020-ci il tarixdə, saat 12 radələrində Kamalın yaşadığı Sumqayıt şəhəri, yataqxana 14, otaq 77 ünvanına gedib. O, Kamalın razılığı ilə mənzilə daxil olub. Elnur özünün və ailə üzvlərinin barəsində nalayiq ifadələr işlətməsi ilə bağlı Kamal Əliyevə yenidən iradını bildirib. Zərərçəkmiş həqiqətən də dostunun və onun ailə üzvlərini söydüyünü təsdiq edib. Onların arasında mübahisə yaranıb. Bu zaman Elnur Əsədullayev üzərində götürdüyü mətbəx bıçağı ilə Kamal Əliyevin bədəninin müxtəlif nahiyələrinə qəsdən 10 bıçaq zərbəsi vuraraq onu öldürüb.

 

İstintaq zamanı Elnur Əsədullayev özünü ona ittiham elan edildiyi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib. O ifadəsində deyib ki, hadisə baş verən günədək Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ailəsi ilə birlikdə yaşayıb.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər Kamalla münasibəti çox yaxşı olub, yaxından dostluq edib. Kamalla gününün çox saatını bir yerdə keçirib. Zərərçəkmiş narkotik vasitə aludəçisi olduğundan o da birlikdə çox vaxt marixuana, şüşə adlı narkotik qəbul edirmiş. Sadəcə son il yarımdan artıq Kamal narkotik aludəçisi olduğundan hərəkətlərində, xasiyyətində dəyişikliklər olub.

 

Hadisədən əvvəl Kamala müalicə olunmasını və bu yolda köməklik edəcəyini desə də, dostu ona “mənim müalicəm xolodilnikdədi” deyib onu başından edib. Həmin gündən sonra o, Kamalın avara həyatı yaşadığını görüb münasibətini kəsməyə başlayıb və yalnız təsadüfən rastlaşanda hal-əhval tutub. Münasibəti kəsildikdən bir qədər sonra hadisədən təxminən 4-5 ay öncə ortaq tanışı Ramin Elnurla söhbət edərkən Kamalın onun barəsində yaxşı danışmadığını və arxasınca “var-yox” söyüşü söydüyünü bildirib. O, Raminin dediklərini eşitdikdən sonra bərk əsəbləşib. Hadisə də elə Kamalın onu söyməsindən sonra baş verib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əsədullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Tarix: 22 May 2023, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin