Hər gün Azərbaycanda qadınlar zorakılığa məruz qalır, öldürülür, döyülür, yaxud şantaj edilir...
Sonradan öyrənirik ki, intihar edən qızlar açıq-saçıq videoları ilə şantaj edilirmiş. Hətta bəzən gənc qızların “18+” kateqoriyasından olan videoları sosial şəbəkələrdəki qruplarda paylaşılır. Tez-tez müxtəlif qruplarda şantaj edilən qadınların yardım çağırışları ilə qarşılaşmaq olur.
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev ildirib ki. Bu cür hadisələrdə hər iki tərəf günahkar olur:
“Günah heç vaxt bir tərəfdə olmur. Belə bir problem ortaya çıxırsaŞ deməli, hər iki tərəfdə günah var. Hər iki tərəfin hərəkəti sonra belə hadisələrin baş verməsinə gətirib çıxarır. Kişilərin əlinə şantaj üçün o görüntülər haradan düşür? Bunları qadınlar özləri göndərirlər. Yoxsa kişi haradan bilə bilər ki, filan qadın, filan vaxtı, filankəslə bir yerdə olub?
Bəzən qadınlar kişiyə etibar edirlər, amma yanılırlar, sonda kişi həmin xanımı şantaj etməyə başlayır ki, filan qədər pul verməsən lüt görüntülərini yayacağam. Biz çox alçaq zəmanədə yaşayırıq, adam bilmir nə desin. Xalqımızı sanki 180 dərəcə dəyişiblər, bizim keçmiş kişilərimiz sözün əsl mənasında kişi olublar, onlar belə şeylər etməyiblər. Amma bu gün Azərbaycanı çevirib Avropa ediblər. Lap qadın sənə intim görüntülər göndərib, olsun, sən kişisən, niyə bunu yayırsan, şantaj edirsən? Bu nə dərəcədə düzdür?! Belə hərəkət biqeyrətlik, namussuzluqdur.