Aparıcı Xoşqədəm Hidayətqızı əkizlərinə qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, o, Arda və Arının heç vaxt "fast-food" yemədiyini deyib:
"Buna görə Doğuşla dava etdik" - Xoşqədəmin qadağası
"Uşaqlarım bu günə qədər heç bir fast-food yeməyib, qazlı suallardan içməyib. Onlar ancaq təbii meyvə suaları içir, ev yeməkləri yeyir. Bir dəfə Doğuş onları həmin yeməklərə tərəf aparırdı. Evimizdə onun üstündə dava düşdü".
Qeyd edək ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailəlidir.