“Əhməd Obalı və oğlu Dəniz baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır”. Bunu “Report”a açıqlamasında Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova deyib.
Onun sözlərinə görə, güneyli milli fəalın oğlu Dənizin vəziyyəti daha ağırdır:
“Mütəmadi olaraq Ə.Obalının həyat yoldaşı Nahidə xanımla əlaqə saxlayıram. Nahidə xanım bildirib ki, hər ikisinin boyun nahiyəsində baş tutan əməliyyat yaxşı keçib, ancaq nəticəni zaman göstərəcək. Həm Ə.Obalı, həm də oğlu Dəniz əl və ayaqlarını hiss etmirlər. Ə.Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlər onun danışmasına hələ ki, icazə vermirlər. Həkimlər heç kimi Ə.Obalı və oğlunun olduğu otağa buraxmırlar”.