BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşın torpaq sahəsində qanunsuz ev tikən şəxs həbs edildi - MƏHKƏMƏ

Xəzər Rayon Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Bəhlul Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il 8 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilərək, Bəhlul Hüseynovun təqsirliliyi sübuta yetirilmədiyindən ona bərat verilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

İttihama görə, Bəhlul Hüseynov zərərçəkmiş Elman Alıyevin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,3574 ha torpaq sahəsini qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutub. O, həmin ərazidə üzərində özbaşına bir mərtəbəli kürsülü yaşayış evi tikərək tikinti işləri aparıb.

 

Bəhlul Hüseynovun barəsində Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 23 May 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin