Bakıda ərinə öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Hadisə bu il yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü Lalə İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb. Ceyhun İmaşov xəstəxanaya yerləşdirilib. Ərinə xəsarət yetirən L.İmaşova isə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov