Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin küçələrdə gecələməsi ilə bağlı verdiyi açıqlama ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə müzakirələr zamanı aktyorun verdiyi açıqlanın həqiqtəuyğun olmadığı bildirilib. İddia olunur ki, Elçin Əfəndinin aylıq gəliri 1536 manatdır. Belə ki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tarif cədvəlinə uyğun olaraq, aktyora 1036 manat məbləğində maaş verdiyi, üstəlik, onun həm də 2022-ci ildən etibarən 500 manat məbləğində Prezident mükafatı aldığı qeyd olunub. Bu səbəbdən Elçin Əfəndi hökumətdən ev istəməsinə görə qınanır.
Pravda.az məlumatların doğru olub-olmadığını dəqiqləşdirmək üçün Elçin Əfəndi əlaqə saxlayıb.