Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə Bakupost.az -a geniş videomüsahibə verib. O, müsahibdə jurnalistikadan uzaqlaşdığı 3-4 il ərzində haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Əməkdar jurnalist barəsində danıçılanların heç də hamsının doğru olmadığını vurğulayıb:
"Deyilən, yazılan xəbərlərdən düz olanları var. Amma yanlış olanı da çoxdur. Həbs olmağım xəbəri yalan idi. Bəziləri intizarla gözləyirdi ki, Nəsimi çıxıb narkotikdən danışacaq. Adamlar var, elə Allahdan istəyirlər ki, mən çirkaba, özü da daha dərinə batım. Mənim 49 yaşım var. İndi arxaya baxıb fikirləşəndə yadıma sala bilmirəm ki, kimə pislik etmişəm? Axı, heç kimə pisliyim keçməyib. Bəs, nəyə görə bu cür olmasını istəyən adamlar var, bunu bilmirəm. Çox qəribədir ki, həmin adamlar vaxtilə Nəsimi Nəbizadənin adı gələndə salavat çevirirdilər. Növbəyə yazılırdılar ki, salam versinlər. Onların çoxu ilə mənim o qədər də səmimi münasibətim olmayıb. Hətta tanımadığım adamlar elə şeylər yazırlar ki, Nəsimini filan yerdə gördük və s. Onların biri də düz demir. Bəli, Nəsimi Nəbizadə narkotikdən istifadə edib. Amma bu o demək deyil ki, Nəsimi Nəbizadə gedib kiməsə pislik edib. O, pisliyi özünə edib".
Barəsində dolaşan söz-söhbətlərə aydınlıq gətirən Əməkdar jurnalist özünə haqq qazandırmaq fikrində olmadığını bildirib: