“Türkiyədə və Azərbaycanda keçirilən siyasi proseslərə xaricdən müdaxilə etmək istəyən qüvvələr olub və olacaq. Çünki dövlətlərimiz müstəqil siyasət yürüdür və öz xalqının milli maraqlarını müdafiə edir. Ona görə də yürütdüyümüz siyasəti bəzi dairələr qəbul etmək istəmir. Dövlətlərimiz üçün əsas məsələ xalqın iradəsi və istəyidir. Xalqlarımız öz dövlətlərinin həyata keçirdiyi siyasəti yüksək dəyərləndirir və mövcud iqtidarla öz gələcəklərini qurmağın davam etməsinə səs verirlər”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Azər Badamov sosial şəbəkələrdə “Türkiyədəki seçkilərin Azərbaycanda geniş müzakirə olunmasına səbəb ölkəmizdə seçki mühitinin olmamasıdır” kimi fikirlərə münasibət bildirərkən deyib.