BURADA REKLAMINIZ OLA
BİLƏR

"Putin bu əraziyə gəlsə, dərhal həbs olunacaq"

“Rusiya Prezidenti Vladimir Putin Moldova ərazisinə gəlsə, həbs olunacaq”.

 

Bunu Moldova Prezidenti Maya Sandu ”Euronews Romania“ telekanalına müsahibəsində bildirib.

 

Moldova lideri qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Putin Moldovaya səfər edəcəyi təqdirdə, onu həbs edəcəklər.

 

Xatırladaq ki, bu ilin 17 mart tarixində BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.

 

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.

 

Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib./APA

Tarix: 23 May 2023, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin