Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirini dəyişdirib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb.
O, yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Pravda.az modern.az-a istinadən xəbər verir ki, Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) müxtəlif vəzifələrdə çalışıb.