Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İrandan Gəncəyə narkotik gətirən şəxs məhkəmə qarşısında

811
Paylaş:
İrandan Gəncəyə narkotik gətirən şəxs məhkəmə qarşısında

İrandan Gəncəyə narkotik gətirməkdə təqsirləndirilən cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd: Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Ramil Əliyev sosial şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni 6000 manat qarşılığında Bakı şəhərinə gətirməyə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram narkotik maddə olan heroin və 30 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər