Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hidayət Yəhyayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd: Rəsmi məlumata əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Hidayət Yəhyayev saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq narkotik maddə olan heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq H.Yəhyayevin yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 220 qram heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.