Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib.
Deputatlar qan verdi - FOTO
Pravda.az-ın xəbərinə görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın irsi qan çatışmazlığından əziyyət çəkən xəstələrin üçün könüllü qanvermə aksiyası ilə bağlı təşəbbüsünə qoşulub.
Milli Məclisin Sədri Sahibə Qafarova, deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər aksiyaya qoşularaq könüllü qan veriblər.