Uzun illərdir ailə qurub Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın şəxsi həyatı ilə bağlı bölüşdüyü gizlinlər müzakirə mövzusuna çevrildi. Belə ki, verilişlərin birində qonaq olan İbrahimova vaxtilə qayınanasının müğənni gəlin istəmədiyini açıqlayıb: “Qayınanam Ceyhuna deyibmiş ki, get bacısını al, amma İradəni alma. O qız səhnənin tozunu udub, bala, özünü bədbəxt eləmə”.
Bəs görəsən, niyə valideynlər məşhurları evlərində gəlin kimi görmək istəmirlər? Niyə onların möhkəm ailəsi ola biləcəyinə inanmırlar? Məsələ ilə bağlı Aşıq Zülfiyyə İbadova Yenisabah.az-a danışıb. Sənətçi bunun tamamilə yanlış yanaşma olduğunu bildirib: “İlk növbədə mən hamının balasına xoşbəxtlik diləyirəm. O ki, qaldı cəmiyyətdə müğənnilərin ailəsinin tez dağılması ilə bağlı yaranan fikrə, bu, məşhurların göz önündə daha çox olması ilə əlaqəlidir. Sənət adamları üzdədir deyə onların evlənməsi də, boşanması da geniş müzakirə olunur. Amma adi insanlar arasında da boşananlar çoxdur. Bunun da kökündə fikrimcə, maddiyat dayanır. Mən problemi maddi tərəfdə görürəm, çünki cütlüklər heç nə edə bilmirlər, nə kişi, nə də qadın istədiklərini ala bilmir, bu da istər-istəməz ailədə söz-söhbət, aqressiya yaradır. Bu da sonda ailələrin dağılmasına səbəb olur.
Oğluma müğənni qız almaram, evimə müğənni xanım gətirmərəm deyən şəxslər əgər bu sahədən olsaydılar, onlara ilk sualım “Pisdirsə, bəs sən niyə müğənnisən?” olardı. Əgər cavab yaxşıdırsa, “Bəs niyə evinə gəlin gətirmirsən?” sualını verərdim. Mənim üçün insan insandır. Sənətin də pisi, yaxşısı yoxdur”.
Aşıq Zülfiyyə müğənniliyin gözəl sahə olduğunu, bununla qürur duyduğunu qeyd edib: