Rusiyanın Sverdlovsk vilayətinin Krasnoufimsk şəhər xəstəxanasında 54 yaşlı azərbaycanlı sahibkar koronavirusdan ölüb. O, həmin vilayətdə virusun ilk qurbanıdır.
Pravda.az-ın xəbərinə görə, Natiq adlı həmin sahibkarın ölümü haqda onun tanışları bildirib. Bildirilir ki, sahibkar pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub və orda keçinib. Meyitin yarılması nəticəsində məlum olub ki, o koronavirusa yoluxubmuş.
"Vida mərasimindən sonra onun cənazəsini vətəni Azərbaycana apardılar. Ölənin adı Natiq idi, onu Krasnoufimsk şəhərinin sakinlərinin yarısı tanıyırdı. Vida mərasiminə çox adam gəlmişdi”,-yerli sakinlərdən biri E1.ru portalına bildirib.