Rusiyadan Azərbaycana ekstradisiya edilən şəxsin mənimsəmədə təqsirli bilindiyi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakıda şirkətlərin birində baş mühasib vəzifəsində çalışmış Emil Dadaşev xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilir.
Zərərçəkmiş qismində isə Azərbaycanın Maliyyə Nazirliyi tanınır.
Onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Azərbaycan vətəndaşı Dadaşev Emil Ələkbər oğlu barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilmişdi. Daha sonra o, Rusiyada saxlanılıb.
Ötən ilin noyabrın 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətirilib.
Kamal Məmmədov