Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda heroin qəbul edib taksi idarə edən şəxsin məhkəməsi başlayır

971
Paylaş:
Bakıda heroin qəbul edib taksi idarə edən şəxsin məhkəməsi başlayır

Bakıda heroin qəbul edib taksi fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilən Qadir Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Rəsmi məlumata əsasən, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Yeni Günəşli qəsəbəsində Qadir Dadaşov idarə etdiyi “Kia” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Qadir Dadaşovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində protokol tərtib olunub. Qadir Dadaşovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər