Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda 2 qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxarıldı

1 040
Paylaş:
Bakıda 2 qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Seymur Abıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Seymur Abıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsindəki polis nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib.

Qeyd: Hadisə 2021-ci il Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci km-də qeydə alınıb.

1980-ci il təvəllüdlü Abıyev Seymur Abı oğlu idarə etdiyi "Ford Transit" markalı, 90-ZX-246 dövlət qeydiyyat nişanlı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 1981-ci il təvəllüdlü Güləliyev Mehman Telman oğlunun idarə etdiyi "Howo" markalı, 99-RJ-244 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunaraq toqquşub.

Qəza nəticəsində "Ford" markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı, 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı ölüb, 1960-cı il təvəllüdlü Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər