BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə qardaşlar toyuq boğazına görə ofisiantı döydülər - MƏHKƏMƏ

Mingəçevir Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən qardaşlar Mahir və Zahid Məmmədovların (ad, soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Mahir 1 il 11 ay 28 gün və Zahid isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə Mingəçevir şəhəri, AZDRES qəsəbəsində “Ağçiçəyim” mağazasının arxasında yerləşən kafedə qeydə alınıb.

 

Belə ki, Zahid həmin kafedə pivə içərkən obyektin əməkdaşı, zərərçəkmiş Nizam Quliyevə (ad, soyadı şərti) hisə verilmiş toyuq boğazı sifariş edib. Lakin zərərçəkmiş şəxs ona hisə verilmiş toyuq boğazının olmadığını deyib və yan masaya hisə verilmiş bel və boğaz məhsulu aparıb. Bu zaman Zahid Nizamın qərəzli olaraq onun masasına həmin təamdan gətirmədiyini zənn edərək zərərçəkmişə irad bildirib. Daha sonra onlar arasında mübahisə düşüb və Zahidin qardaşı Mahir də kafeyə gəlib. Bu zaman mahir də onlara qoşulub. Onlar kafedə əlinə keçən və silah qismində istifadə etdiyi şüşə külqabından istifadə etməklə zərərçəkmiş şəxsin üzərinə hücum edib, onun şəxsiyyəti üzərində zor tədbiq edərək baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.

 

Kamal Məmmədov

Tarix: 24 May 2023, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin