İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb. APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Məhkəmə məhkum şəxsin ailə üzvlərinin narazılığını əsassız sayıb. 5 milyondan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb.
Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdi.