Müğənni Nazənin Salayeva "Lotu Quli" ləqəbi ilə tanınan mərhum "qanuni oğru" Nadir Səlifovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi ona "Ürəklərdə qaldın" adlı mahnı həsr etdiyini bildirib.
Mahnıdan bir hissə yayımlayan Nazənin "Hər zaman qəlblərdə yaşayacaqsan, dəyərli qardaş. Allah hamımıza, sevənlərinə, əzizlərinə səbr versin. Bu mahnı rəhmətlik Quli qardaşımızın bacısı Leyla xanımın adından ona ithaf olunub" sözlərini yazıb.
