Prezidentin keçirdiyi video-müşavirədə səsləndirilən təkliflər haqqında:
1) Cəmi 200 min işsiz insana müavinat verilməli idi, indi 600 min insana 2 ay müddətinə 190 manat veriləcək – yaxşı qərardır, amma bir texniki məsələ diqqətimi çəkdi: Prezident dedi ki, bu vəsait banklarda açılmış hesablara köçürüləcək. May ayında pulların verilməsinə başlanacaq, deməli, azı 400 min insan hesab açmalıdır, bu isə karantin rejimi ilə uyğun gəlmir – Banklarda növbələr yaranacaq, sosial məsafənin gözlənilməsi mümkün olmayacaq, bu isə virusun yayılmasına səbəb ola bilər. Belə bir problem yaranmasın deyə ya hesablar online açılmalıdır – bunun üçün bankların alt yapısı yetərli deyil, ya da hesab açılma məsələsindən vaz keçib poçt xidməti və ASAN könüllüləri vasitəsi ilə pulun birbaşa mənzillərə çatdırılması təmin edilməlidir,
2) Prezident çıxışında sahibkarlara bir daha xəbərdarlıq etdi ki, qeyri-formal məşğulluğa son qoysunlar: “Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz”. Müqaviləsiz işçi çalışdırmaq kölgə iqtisadiyyatının təzahürüdür, təbii ki, bunun qarşısı alınmalıdır. Amma bu ikitərəfli yoldur, tək sahibkardan asılı məsələ deyil: İşçilərin özləri də müqavilə ilə çalışmaq istəmirlər, çünki DSMF-yə ödənişlər yüksəkdir: İşçi aldığı maaşın 200 manatdan yuxarı olan hissəsinin 10%-ni və üstəgəl 6 manat DSMF-ə köçürür, yəni, 500 manat maaş alan işçi hər ay 36 manat ödəniş etməlidir. Əslində bu ödəniş işçinin gələcək təqaüdü üçündür, amma bizim vətəndaşlar təqaüd məsələsinə inanmır deyə, günü bu gün artıq ödəmə etmək istəmir. Ona görə də, işə götürənlə danışır ki, sən mənə müqaviləsiz 500 manat ver, mən heç bir ödəniş etməyim. Yəni, bu problem tək sahibkarlardan qaynaqlanmır və problemin həlli yolu da tək cəzalar deyil. Təcili olaraq özəl təqaüd fondlarının yaradılmasına imkan verilməli, Sosial Müdafiə müqavilələri könüllülük və seçim əsasında bağlanmalıdır. Yəni, işçi özü seçim etməlidir ki, hansı Fondla və hansı əsaslarla müqavilə bağlayacaq, Dövlət isə bu ödənişin minimum məbləgini müəyyən edə bilər – məsələn, hər 100 manata 2 manat, daha yuxarı ödəniş etmək istəyən işçi fərdi yanaşma ilə ya DSMF, ya da özəl Fondla müqavilə başlayacaq. İşə götürənlər üçün də seçim imkanı olmalı, onların sosial müdafiə ödənişləri azaldılmalıdır – onlar üçün də hər 100 manata 3 manat ödəniş müəyyən edilməlidir. Bu zaman həm biznes, həm də vətəndaş könüllü şəkildə müqavilə ilə çalışmaqda maraqlı olacaq. Hə, bundan sonra da qaydaları pozan olacaqsa, çox böyük məbləğlərdə cərimələr olmalıdır ki, çəkinsinlər,