Bakıda ərinə öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses mayın 31-nə təyin edilib.
Cinayət işi hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Hadisə bu il yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü Lalə İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb. Ceyhun İmaşov xəstəxanaya yerləşdirilib. Ərinə xəsarət yetirən L.İmaşova isə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov