Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda arvadını öldürən şəxsin məhkəməsinin vaxtı bilindi

935
Paylaş:
Bakıda arvadını öldürən şəxsin məhkəməsinin vaxtı bilindi

Bakıda qətl törətməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses iyunun 5-nə təyin edilib.

Cinayət işi hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Fevralın 11-i saat 7 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Belə ki, 1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Məmmədov şübhəli şəxs qismində tutulub.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər