Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum edilib.
İntim videoları yayılan FHN polkovnikinə hökm oxundu
Bu barədə hökm hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, ötən prosesdə Prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib./Report