BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəfat edən şəxsin pensiya kapitalı vərəsəsinə niyə verilmir? – “Məhdudiyyət yoxdur...”

“Azərbaycanda vətəndaşların təqaüd fonduna yığdığı vəsaitlərin vərəsələrinə verilməsi ilə bağlı məhdudiyyət yoxdur. Qanun bunu qadağan etmir. Əksinə, məhkəmə yolu ilə bu ödənişlərin həyata keçirilməsi baş verir. Sadəcə, problem bunun mexanizminin olmamasındadır. Ya qəsdən, ya məsuliyyətsizlikdən, bilmirəm, amma əlaqədar dövlət qurumları bunun mexanizmi ilə bağlı indiyə qədər ayrıca qərar verməyib. Bu da ciddi suallar yaradır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, istənilən insanın Dövlət Sosial Müdafiə Fondunun təqaüd fondunda yığdığı vəsait onun öz vəsaitidir: “Yəni o vəsait şəxsin özünə aiddir. Bundan istifadə etmək hüququ da vətəndaşa verilməlidir. Dediyim kimi, qanun buna qadağa qoymur. Sadəcə, mexanizm olmadığına və hər hansı qərar alınmadığına görə məsələ havadan asılı qalıb, bu günə qədər həll edilməyib. Çox yaxşı olardı ki, qanuna bir cümləlik düzəliş etsinlər və vətəndaşa öz vəsaitindən istifadə etmək hüququ versinlər. Yaxud şəxs öləndən sonra yığılmış vəsaitin onun vərəsəsinə keçməsi ilə bağlı bənd də əlavə olunsun, vəssalam. Belə halda problem kökündən həllini tapa bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 24 May 2023, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin