Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Reznikov: “Storm Shadow” raketləri artıq döyüş meydanındadır

809
Paylaş:
Reznikov: “Storm Shadow” raketləri artıq döyüş meydanındadır

Ukrayna müdafiə naziri Aleksey Reznikov ilk dəfə olaraq döyüş meydanında Fransa-Britaniya istehsalı olan uzaqmənzilli “Storm Shadow” raketlərinin istifadə olunduğunu təsdiqləyib.

Pravda.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Mayın 24-də Kiyevdə keçirdiyi brifinqdə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu silahların Ukraynaya verilməsinin səbəbini açıqlayıb.

O bildirib ki, Rusiyanın Ukrayna əhalisinə qarşı dəfələrlə bu cür silahlardan istifadə etməsi bu qərara zəmin yaradıb.

Reznikov vurğulayıb ki, “Storm Shadow” raketləri artıq döyüş meydanındadır: “Bizim Böyük Britaniyada təlim keçmiş və artıq “Storm Shadow” silahından uğurla istifadə edən pilotlarla görüşmək ürsətimiz olub.

Qeyd: 2023-cü il mayın 11-də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Storm Shadow” uzaqmənzilli raketlərin Ukraynaya təhvil verildiyini təsdiqləmişdi. Uolles bildirmişdi ki, raketlər yalnız Ukraynanın suveren ərazisində düşmənə qarşı istifadə olunacaq.

Xəyal

Paylaş:

Ən son xəbərlər