Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sakinlərin həyətlərinə dolur. Xezerxeber.az xəbər verir ki, çirkab su insanların hər gün istifadə etdikləri yol boyu axır, hərəkətə çətinlik yaradır.
Sakinlər deyir ki, mövcud vəziyyət onları təngə gətirib. Sözügedən ərazidə kanalizasiya sistemi olmadığından yalnız açıq arxlardan istifadə edilir.