Gəncə Apellyasiya Məhkəməsində İsmayıllı rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fazil Ağamirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayətintəmin edilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 29,120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və Fazil Ağamirzəyev cinayət məsuliyyətindən azad edildin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Fazil Ağamirzəyev barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Qeyd: 2021-ci il noyabrın 28-də İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.