Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmi internet saytının tikinti bölməsində “tikinti üçün layihə sənədləri sisteminin standartları" kateqoriyasında Azərbaycan dilini seçən zaman qanunvericilikdə nəzərdə tutulan dövlət standartları rus dilində təqdim olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarına əsasən, respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası və ya qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlər yeni milli normativ sənədlərlə əvəz edilənədək) tərcümə edilmədən istinad edilməsinə yol verilir.