Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda Türkiyə vətəndaşı qəzaya düşdü

842
Paylaş:
Azərbaycanda Türkiyə vətəndaşı qəzaya düşdü

Kürdəmir rayonunda Türkiyə vətəndaşı qəzaya düşüb.

Hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən "VAZ-21011" markalı avtomobillə toqquşub.

Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır./Report

Paylaş:

Ən son xəbərlər