Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə başsağlığı verib.
Azərbaycan XİN İtaliyaya başsağlığı verdi
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "Twitter" hesabında paylaşım edib.
"İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır", - paylaşımda qeyd olunub.