Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İranın Azərbaycandakı səfirliyi ilə bağlı məhkəməyə müraciət edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə dövlət xidməti Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, nazirliyin qurumu torpaq mübahisələri və digər məsələlər barədə tələb irəli sürüb.