“Neptun-S” MMC-nin rəhbərliyi şirkət əməkdaşının külli miqdarda malı sataraq pulunu ələ keçirməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Məlumata görə, müraciətdə ekspeditor vəzifəsində çalışan 1977-ci il təvəllüdlü E.Məmmədovun 2021-2022-ci illər ərzində ümumilikdə 200 min manat mənimsəməsi iddia edilib. Ərizədə bildirilib ki, E.Məmmədov həmin malları şirkətin anbarlarından götürərək marketlərə paylayıb və əldə etdiyi vəsaitləri kassaya ödəməyərək mənimsəyib.