Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

AQTA polisin ölümü ilə bağlı məlumat yaydı

828
Paylaş:
AQTA polisin ölümü ilə bağlı məlumat yaydı

Mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.

Bu barədə Pravda.az-a AQTA-dan bildirilib.

"Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub", - məlumatda qeyd edilib.

Qeyd: DİN-in mətbuat xidməti mayın 25-də saat 05 radələrində polis baş serjantının xəstəxanada vəfat etməsi ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Xatırlatma: S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Paylaş:

Ən son xəbərlər